Fransanın keçmiş Xarici İşlər naziri Bernar Kuşnerin qızı Kamilla Kuşnerin yazdığı kitab Fransanı qarışdırdı.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kamilla Kuşnerin qələmə aldığı kitab “Böyük ailə” adlı kitab ölkədən polemikaya səbəb olub.
Kitabda Kamilla qardaşı Antonianın 14 yaşında olarkən ögey atası tərəfindən cinsi istismara məruz qaldığını qələmə alıb. Kitab nəşr olunduqdan sonra ailə daxili istismara məruz qalan insanlar sosial mediada “sən də danış” haştağı ilə yaşadıqlarını yazmağa başlayıb.
- "Mandalorian və Qroqu" filminin nümayiş tarixi məlum oldu
- Xalq Yazıçısı: “Suyu yalnız yuxuda görə bilərdik”
- "Yarpaq tökümü"nün aktrisası tanınmaz halda
Geniş vüsət alan polemikaya ölkə prezidenti Emmanuel Makron da daxil olub. Makron “Buradayıq. Sizi dinləyirik. Sizə inanırıq. Artıq heç vaxt tək qalmayacaqsınız” mesajı verib.