Anarın hekayəsi Monteneqronun populyar saytlarında

Anarın hekayəsi Monteneqronun populyar saytlarında
22 iyun 2021
# 10:30

Xalq yazıçısı Anarın məşhur "Ötən ilin son gecəsi" hekayəsi Monteneqronun iki məşhur saytında yayımlanıb.

Kulis.azın verdiyi xəbərə görə, hekayənin yayamlanması Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi əsasında həyata keçirilib.

Adı çəkilən ölkədə çap olunmuş "Çağdaş Azərbaycan ədəbiyyatı" toplusundakı bədii əsərlər saytlarda bir-bir yayımlanacaq.

İlk olaraq Anar müəllimin hekayəsi yayımlanıb.

Xatırladaq ki, "Çağdaş Azərbaycan ədəbiyyatı" toplusunda nəsr bölməsində Xalq yazıçıları Anar və Çingiz Abdullayevin, Əyyub Qiyas, Meqsed Nur, Alpay Azər, İlqar Fəhmi və Müşfiq Xanın hekayələri, şeir bölməsində isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal, Rəşad Məcid, Qulu Ağsəs, Nigar Həsənzadə, Leyla Əliyeva, Qismət, Fərid Hüseyn və Şəhriyar Del Geraninin şeirləri yer alıb.

# 1906 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #