Sən bizimsən, bizimsən durduqca bədəndə can! - Günün şeiri

Müstəqillik Günü

Müstəqillik Günü

28 may 2025
# 10:00

Kulis.az "Günün şeiri" layihəsindən Əmin Abid Gültəkinin şeirini təqdim edir.

Can Azərbaycan

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
İstiqlal sevinciylə, istiqlal sevinciylə...
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənin göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansı erkek çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa! Yaşa! Çox yaşa, ey şanlı Azərbaycan!

28 May 1919

# 541 dəfə oxunub

Müəllifin son yazıları

# # #