12-ci "Beynəlxalq Balkan Ölkələri Teatr Festivalı" başlayır

12-ci "Beynəlxalq Balkan Ölkələri Teatr Festivalı" başlayır
27 mart 2025
# 10:45

12-ci "Beynəlxalq Balkan Ölkələri Teatr Festivalı" 7-16 aprel tarixlərində Bursa şəhərində sənətsevərlərlə görüşəcək.

Kulis.az xəbər verir ki, dövlət teatrlarının 11 bölgə ilə ev sahibliyi etdiyi festivalda 35 oyun və 78 təmsil tamaşaçılara təqdim ediləcək.

Tədbirdə həmçinin uşaq oyunları da təşkil ediləcək.

Mətbuat konfransında çıxış edən Bursa Dövlət Teatrının Müdiri Sezai Yılmaz qeyd edib ki, "Festivalın məqsədi Balkan yarımadası və Bursa arasındakı mədəni əlaqələri gücləndirmək və eyni zamanda izləyiciləri ölkələrin səhnə mədəniyyətləri ilə tanış etməkdir".

Qeyd edək ki, bu il festival çərçivəsində "Əmək mükafatı"nın Ayşe Emel Mesciyə təqdim ediləcəyi də bildirilib.

# 313 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #