Ruhəngiz Qasımova vəfat etdi

Ruhəngiz Qasımova vəfat etdi
9 oktyabr 2022
# 19:58

Azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova 82 yaşında vəfat edib.

Bu barədə kulis.az-a mərhumun yaxınları məlumat verib.

Bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Ötən əsrin 60-cı illərində Xalq artisti Rəşid Behbudovun ifasında “Anacan, dostum evlənir” mahnısı sözün əsl mənasında Ruhəngiz Qasımova musiqi dünyasının vizit vərəqinə çevrilib. Bəxtiyar Vahabzadənin sözlərinə yazılan və dahi Rəşid Behbudovun ifasında səslənən “Laylay” mahnısı da bəstəkarın bu janrda yazdığı ilk nümunələrdəndir. Bəstəkarın “Utancaq oğlan”, “Gəlmirsən, gəlmə” kimi lirik mahnıları ilə yanaşı, müğənnidən güclü səs tələb edən “Azərbaycan” mahnısı da bu janrın təkrarsız nümunələrindəndir.

Allah rəhmət etsin!

# 15138 dəfə oxunub

Müəllifin son yazıları

# # #