"Sabah" studiyasından yeni il hədiyyəsi - Video

"Sabah" studiyasından yeni il hədiyyəsi - Video
19 dekabr 2019
# 17:43

Azərbaycan Televiziyası “Sabah” Yaradıcılıq Birliyinin istehsalı olan “Zəng” filminin anonsu yayımlanıb.

Kulis.az xəbər verir ki, çəkilişləri avqust ayında başlayıb, oktyabrda başa çatan "Zəng" filmi yeni il ərəfəsində tamaşaçılara təqdim ediləcək.

Filmdə Xalq artistləri Cahangir Novruzov, Afaq Bəşirqızı, Səidə Quliyeva, Cəfər Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar artistlər Fərhad İsrafilov, Qurban Məsimov, Salman Bayramov və digərləri rol alıb.

Gallery

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında işlənən filmin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafael Əlizadə, bəstəkarı Natiq Qəzənfəroğludur.

Qeyd edək ki, "Zəng" filmi Azərbaycan Televiziyasının sevimli tamaşaçılarına göndərdiyi Yeni il hədiyyəsidir.

Gallery

Gallery

# 2260 dəfə oxunub

Müəllifin son yazıları

# # #