Rusiya Federasiyasının Xalq artisti Gennadi Yuxtin 89 yaşında vəfat edib.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, G. Yuxtin fevralın 11-də Moskvada xəstəxanaya yerləşdirilmiş və sənətçiyə koronavirus diaqnozu qoyulmuşdu. Daha sonra Yuxtin evə buraxılsa da, fevralın 15-də yenidən xəstəxanaya yerləşdirilib.
Gennadi Yuxtin teatr və kino aktyorudur. O, tamaşaçılara “Dibdəki çuxur”, “Rumyantsev işi”, “Yadplanetli qohumlar” və digər filmlərdəki rolları ilə tanınıb.