Dayısının 15 min manatını oğurlayan mömin - "Oğruların divanı"

Dayısının 15 min manatını oğurlayan mömin - "Oğruların divanı"
18 mart 2024
# 18:25

“De Media” şirkəti "Oğruların divanı" adlı yeni qısametrajlı film istehsal edib.

Kulis.az xəbər verir ki, filmin ssenari müəllifi və rejisoru Bahadur Seyidovdur.

Film ali dəyərlər, insanlıq naminə oğurluq edən üç nəfərin etirafından bəhs edir. Belə ki, filmin qəhrəmanı dostları ilə birgə xəstə uşağı xilas etmək üçün dayısının evindən oğurluq edir.

Qeyd edək ki, rollarda Bahadur Seyidov, Adil Bisavad, Zamin Mürsəlov, Emin Məmmədov, Vaqif Namazov, İlqar Mənsimzadə, İlham Tumas və başqaları çəkiliblər.

# 755 dəfə oxunub

Müəllifin son yazıları

# # #