"Anama heç vaxt pul verməmişəm"

"Anama heç vaxt pul verməmişəm"
9 avqust 2021
# 18:42

Məşhur rejissor Kventin Tarantino uşaqlıqda yazmaq xəyallarını dəstəkləməyən anasına uğur qazandığı zaman "bir qəpik də verməyəcəyini" deməsindən və sözünün üstündə dayanmasından danışıb.

Kulis.az xəbər verir ki, “The Moment” adlı podkasta qatılan Tarantino ibtidai məktəbdə oxuduğu dövrdən yazı ilə maraqlandığını bildirib. Lakin o, müəllimləri və anası tərəfindən dəstəklənmədiyini də etiraf edib:

"Anam həmişə etiraz edirdi, bu axmaq hərəkətlərindən əl çək deyirdi. Mən isə ona cavab olaraq deyirdim. Yaxşı, xanım. Uğurlu bir yazıçı olduğum zaman bir qəpik də görməyəcəksiniz. Sizin üçün ev alınmayacaq. Tətillərə belə gedə bilməyəcəksiniz. Anamın Daxili Gəlir Departamenti ilə bağlı bir problemini həll etdim, ancaq bu günə qədər sözümün üstündə durdum. Heç bir evdən, avtomobildən söhbət gedə bilməz".

# 2016 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #