"Sürətli və qəzəbli 10" filminin son treyleri YouTube-da yayımlanıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, kadrlarda mərhum aktyor Pol Uoker də yer alıb .
Videoda Uokerin sağlığında göründüyü franşizanın əvvəlki hissələrinin fraqmentləri göstərilib. Həmçinin treylerdə Dominic Torreto (Vin Diesel) personajının layihənin antaqonisti Dante ( Jason Momoa ) ilə üzləşməsinin kadrları var.
Baş rollarda Mişel Rodriqes, Ludakris , Con Cena, Ceyson Stetham, Helen Mirren, Bri Larson, Şarliz Teron, Maykl Ruker, Kardi B, Natali Emmanuel, Skott İstvud , Daniela Melşior da var.
Aprel ayında filmin rejissoru Louis Leterrier, döyüş filmində Brian O'Konnor obrazının yer aldığı səhnələr olduğunu bildirib. O'Konnor obrazını 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişən Pol Uoker canlandırıb.
Qeyd edək ki, franşizanın 11-ci hissəsinin premyerası 2024-cü ilin fevralında olacaq.