LİBRAFF-da imza günü və seminar keçiriləcək

LİBRAFF-da imza günü və seminar keçiriləcək
1 may 2019
# 11:39

Mayın 11-i saat 17-də LİBRAFF Park Akademiyada Elçin Əzimlinin "Dan ulduzu" kitabının imza günü keçiriləcək.

Kitab həyata göz açdığın andan başlayan iki səyahətdən bəhs edir; iç dünyaya və ətraf dünyaya. İç dünyandakı səyahətinin addımları düşüncə və duyğularınla atılır. Böyük dünyadakı səyahətinin coğrafiyası vücudunun gəzib dolaşdığı məsafələrlə ölçülür. Bu səyahətlər daim bir-biri ilə kəsişir. Böyük dünyaya uzanan yollar daxilindəki kiçik dünyadan keçir – düşüncə və duyğuların səni gedəcəyin yerə aparır.

Tədbirdə Beynəlxalq Kouç Federasiyasının üzvü olan peşəkar biznes təlimçisi Elçin Əzimlinin "Əvvəlcə özüm" adlı seminarı nəzərdə tutulur.

Giriş sərbəstdir!

# 2503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #