"Afaq Bəşirqızı son vaxtlar Azərbaycan ədəbiyyatından hansı əsəri oxuyub?"

"Afaq Bəşirqızı son vaxtlar Azərbaycan ədəbiyyatından hansı əsəri oxuyub?"
14 oktyabr 2013
# 11:06

Xalq artisti Afaq Bəşirqızının Kulis.Az-a verdiyi müsahibədə səsləndirdiyi “Çox təəssüf ki, bizdə bu gün rejissor və dramaturq qıtlığı var” fikrinə dramaturqlardan cavab gəlib.

Məsələyə ilə bağlı "Reytinq" qəzetinə danışan yazıçı-dramaturq Firuz Mustafa A. Bəşirqızının özünü ittiham edib: “Ondan soruşmaq lazımdır ki, son vaxtlar dünya və ya Azərbaycan ədəbiyyatından hansı əsəri oxuyub? Əvvəla, problem həmişə olub, həmişə də olmalıdır. Çalışıb problemin həlli yollarını tapmaq lazımdır. İkincisi, mənim on əsərdən ibarət olan “Komediyalar” kitabım hələ bir neçə il öncə “Muzkomediya”nın müdiri Əliqismət Lalayevə və Afaq xanıma təqdim edilib. Zəhmət çəkib oxusunlar. Həm də söhbət təkcə məndən getmir. Təəssüf ki, gənclərə də diqqət yoxdur. Halbuki bizdə istedadlı cavanlar çoxdur. Bir sıra teatr rəhbərləri qısqanclıq hissi ilə yaşayırlar”.

Yazıçı-dramaturq Əli Əmirli isə Firuz Mustafadan fərqli olaraq A. Bəşirqızı ilə razılaşıb. Onun fikrincə, dramaturqların sayı çox olmalıdır: “Azərbaycan teatrının dramaturq problemi var. Əlbəttə, biz istərdik ki, dramaturqların sayı çox olsun. Əgər bir neçə teatr mütəxəssisi, o cümlədən Afaq xanım dramaturq probleminin olduğunu dilə gətirirsə, deməli, bu, reallıqdır. Düşünürəm ki, Afaq xanım haqlıdır”.

# 3283 dəfə oxunub

Müəllifin son yazıları

# # #