Həmid Herisçidən cavab: “Bu, təsirlənmədir!” - Polemika

<span style="color:red;">Həmid Herisçidən cavab:  “Bu, təsirlənmədir!” - <span style="color:red;">Polemika
27 mart 2019
# 15:42

Mehman Qaraxanlı "Kulis" saytında "Həmid Herisçinin avantyurası" yazısını çap edərək sübut etməyə çalışıb ki, guya mən düz demirəm.

Bunu “Mirzə Cəlil polemikası”nda aktiv iştirak edən yazıçı Həmid Herisçi bildirib. O, fikirlərini davam etdirərək əlavə edib:

“Guya hər iki əsər - Qabaşvilinin məlum hekayəsi ilə Cəlil arasında əlaqə-təsirlənmə yoxdur. Bəs qazının qərarı epizodu? O niyə yadınızdan çıxıb? Yekaterina Qabaşvilidə də eşşəyin sahibi məhkəməyə müraciət edir, öz xeyrinə qərar çıxarır.”

Sonda H.Herisçi tənqidçi Mehman Qaraxanoğluna tövsiyə edib:

“Filmə baxın. Süjet çox oxşardır. Bəli, bu, məhz təsirlənmədir. Buna görə də Cəlil bu əsərini özü çap etməyib. Özü də bu film 1955-ci ildə Kann kinofestivalında birincilik qazanıb. Qısası bütün dünya bu süjeti Yekaterina Qabaşvilininki bilir.”

Filmə burdan bax bilərsiniz

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

# # #