Gədəbəydə İntiqam Yaşarla görüş keçirildi

Gədəbəydə İntiqam Yaşarla görüş keçirildi
3 avqust 2023
# 12:55

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşarla Gədəbəy rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər..

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Pərviz Bayramov açıb. O, öz çıxışında Cənab Prezidentin Gənclər siyasətindən, onun gənclərə dəstəyindən söz açıb. Ölkənin tanınmış yeni nəsil ədəbiyyat nümaydələrindən olan İntiqam Yaşarın uğurlarından, rəhbərlik etdiyi və müəllifi olduğu layihələrindən, müxtəlif mövzuları əhatə edən kitablarından ətraflı danışıb.

Daha sonra İntiqam Yaşar tədbir iştirakçıları ilə müxtəlif ölkələrdə Azərbaycanı təmsil etdiyi layihələri haqqında təəssüratlarını bölüşüb. Çıxışında ədəbiyyat, mədəniyyət, mütaliə və s. mövzularına toxunub. Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. Daha sonra auditoriyanın suallarını cavablandıraraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

# 603 dəfə oxunub

Müəllifin son yazıları

# # #