Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq

Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq
30 aprel 2018
# 19:58

Mayın 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tamaşa İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanıb.

Əsərin səhnə versiyasının rejissoru Qoça Kapanadzedir.

“Əli və Nino” əsəri Gürcüstanda ilk dəfədir səhnələşdirilib. Tamaşada müxtəlif ölkələrin folklor və klassik musiqilərindən istifadə olunub. Tamaşa Gürcüstan və Azərbaycanda ilk respublikaların yaranmasının 100 illik yubileyinə həsr olunub.

Tamaşa mayın 2-də də Şota Rustaveli adına Teatrda nümayiş etdiriləcək.

Qeyd edək ki, Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir. Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

# # #