Keçmiş prezident və xanımı bu dəfə film çəkəcək

Keçmiş prezident və xanımı bu dəfə film çəkəcək
9 mart 2020
# 14:20

ABŞ- ın 44-cü prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama yeni layihə ilə gündəmə gəldilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın böyük maraqla izlədiyi məşhur cütlüyün, “Qərbdən çıxın” (Exit West) kitabı əsasında çəkiləcək eyniadlı filmin prodüserliyini üstlənməyə hazırlaşdığı iddia edilir. Riz Ahmedin baş rolunu oynayacağı, Yann Demanqenin rejissorluğunu edəcəyi film üçün rəsmi açıqlama verilməsə də Obama cütlüyünün Russo qardaşları ilə birlikdə danışıqlara başladığı söylənilir.

Qeyd edək ki, Mohin Hamidin müəllifi olduğu “Qərbdən çıxın” kitabı Obamanın bu il oxuduğu ən yaxşı kitablar siyahısındadır. Kitabda dünya miqaysında yaşanan qaçqın problemlərindən bəhs edilir.

Filmin ssenarisinin qələmə alınması üçün yeni bir ssenaristin layihəyə daxil edilməsi gözlənilir.

# 1866 dəfə oxunub

Müəllifin son yazıları

# # #