Ancelina Colinin çəkdiyi film Toronto festivalında

Ancelina Colinin çəkdiyi film Toronto festivalında
26 iyul 2017
# 10:11

Ancelina Coli, Corc Kluni, Co Rayt, Darren Arafonski və Alesandr Peynin çəkildiyi filmlər Toronto beynəlxalq kinofestivalda göstəriləcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ancelina Coli çəkdiyi “Onlar əvvəlcə atamı öldürdülər: Kombocanın qızının xatirələri” filmini təqdim edəcək.

Corc Kluni isə İtan və Coel Koen qardaşlarının yazdığı ssenario əsasında çəkdiyi “Suburbikon” filmini təqdim edəcək.

Festival sentyabrın 7-dən 17-dək keçiriləcək.

Qeyd edəlk ki, Festivalda filmin baxışı “Oskar”a ümidlənənlər üçün ciddi hadisə sayılır.

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

# # #