Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu

Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
6 may 2020
# 16:12

“Netflix” şirkəti 1997-ci ildə avtomobil qəzasında dünyasını dəyişən şahzadə Diananın faciəli ölümü ilə bağlı sənədli film çəkir.

Ekran işində onun həyat yolundan, sirrlərindən və 4 intihar cəhdindən bəhs olunacaq.

“Mən olmaq: Diana” adlı sənədli film 4 seriyadan ibarət olacaq.

Ekran işində aktyorlarla yanaşı şahzadənin ölüm ərəfəsində ona yaxın olan şəxslər də rol alıblar.

Qeyd edək ki, Böyük Britaniya hakimiyyəti filmin çəkilməsinin əleyhinə çıxıb. Şahzadə Uilyam və şahzadə Harri hesab edirlər ki, süjet xətti bəzədildiyi üçün açıqlanacaq informasiyalar tam olaraq həqiqəti əks etdirməyəcək. /axsam.az/

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #