"O səs Türkiyə”də Elnur Hüseynov rezonansı

"O səs Türkiyə”də Elnur Hüseynov rezonansı
2 dekabr 2014
# 11:16

“Eurovision 2008” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında iştirak edib.

APA-nın məlumatına görə, E. Hüseynov səhnəyə ingilis dilində ifa etdiyi “Lutch” mahnısı ilə çıxıb.

E. Hüseynovun ifası münsiflər heyəti tərəfindən böyük heyranlıqla qarşılanıb.

“O səs Türkiyə”nin münsiflərindən olan Gökan Özoğuz bildirib ki, yarışmanın keçirildiyi müddətdə ikinci belə səs görməyib.

Digər münsiflər Hadisə və Ebru Gündeş də E. Hüseynovun ifasından şoka düşdüyünü bildirib.

Münsiflərdən Özkan Uğur isə ayağa qalxaraq, “Bu səsə şapka çıxarmaq lazımdır, şapka”, - deyə heyranlığını gizlədə bilməyib.

İfaçı layihə rəhbəri Acunun xahişi ilə iki türk mahnısı da oxuyub. E. Hüseynov tamaşaçıların və münsiflərin israrlı xahişi ilə ümumilikdə səhnədə dörd mahnı ifa edib.

Sonda E. Hüseynov münsiflərdən Ebru Gündeşlə yoluna davam edəcəyini açıqlayıb.

Türkiyə mətbuatı E. Hüseynovun çıxışını “azərbaycanlı ifaçı gündəmi sarsıtdı”, “azərbaycanlı ifaçı “O səs Türkiyə”yə damğa vurdu” və s. cümlələri ilə ifadə edib.

Qeyd edək ki, “O səs Türkiyə”nin bu buraxılışının anonsu da Elnur Hüseynovun çıxışı üzərində qurulub.

# 1898 dəfə oxunub

Müəllifin son yazıları

# # #