Bakı Kitab Mərkəzində növbəti təqdimat

Bakı Kitab Mərkəzində növbəti təqdimat
20 iyun 2019
# 15:20

Bakı Kitab Mərkəzində şairə Şahrun Süleymanlının yaradıcılıq gecəsi və “Keçmişdə gəzinti” şeirlər toplusunun təqdimatı keçirilib.

Tədbiri giriş söz ilə mərkəzin direktoru Günel Rzayeva açaraq Şahrun Süleymanlı haqqında öz fikirlərini bölüşüb.

Daha sonra Əməkdar jurnalist Yusif Rzayev, şairələr Aydan Xəndan, Nərminə Məmmədzadə və başqaları çıxış edərək, Ş.Süleymanlının yaradıcılığı haqqından söz açıblar.

Həmçinin, Ş.Süleymanlının müxtəlif illərdə yazdığı şeirləri və digər şairlərinin yazdığı əsərlərin tərcümələri səslənib, “Nəsimi” və Xocalı faciəsinə həsr olunmuş “Qara qar gülləri” adlı tamaşalardan videofraqmentlər nümayiş olundu.

Tədbirin bədii hissəsində Əməkdar artist İlham Nəzərov, musiqiçilər Qəmərxanım Məmmədova, Vüsal Aydəmirov, Firuzə Nəcəfli, Nərmin Rzayeva və başqalarının ifaları qonaqlara xoş ovqat bəxş edib.

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #