Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu
2 may 2026
# 14:55

Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə Oskar mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda qeyd edilib ki, akademiyanın yaydığı yenilənmiş qaydalara əsasən, aktyorluq yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər.

Qərar son dövrlərdə süni intellekt texnologiyalarının kino sənayesində geniş yayılması fonunda qəbul olunub. Belə ki, artıq bəzi layihələrdə vəfat etmiş aktyorların süni intellekt vasitəsilə yenidən canlandırılması və ya tam süni aktyorların yaradılması halları müşahidə olunur.

Qeyd edək ki, süni intellektdən istifadə məsələsi son illərdə Hollivudda müzakirə mövzusuna çevrilib və ssenaristlərin tətilində əsas tələblərdən biri olub.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər