Məcid Məcidinin yeni filmi Oskara gedir

Məcid Məcidinin yeni filmi Oskara gedir
10 noyabr 2020
# 16:29

Məşhur İran rejissoru Məcid Məcidinin son filmi olan "Günəniş uşaqları" "Oskar 2021"ə namizəd ola bilər.

Kulis.az xəbər verir ki, film akademiyaya təqdim olunaraq namizədliyə namizəd filmlər arasında yer alıb.

"Günəşin uşaqları" 12 yaşlı Əli və üç dostunun həyatından bəhs edir. Onlar ailələrini saxlamaq üçün əziyyət çəkirlər. Günlərin biri Əli dəfinə tapmaq şansı ilə üz-üzə qalır".

Qeyd edək ki, M. Məcidi filmi Oskara namizəd göstərilən ilk iranlı rejissordur. Onun "Cənnətin uşaqları" filmi 1998-ci ildə "Akademiya mükafatı"na namizəd olmuşdu.

# 1583 dəfə oxunub

Müəllifin son yazıları

# # #