Antaliya Film Festivalı başlayır

Antaliya Film Festivalı başlayır
1 oktyabr 2020
# 18:48

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 57-ci “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 3-də başlayacaq.

Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan festivalın açılış mərasimi üçün hazırlıq işləri görülür. Festivalda yer alan milli və beynəlxalq filmlər “Ulduzlar altında” adı verilən üç açıq hava səhnəsində, sosial məsafə qaydaları çərçivəsində nümayiş olunacaq.

Festival oktyabrın 10-dək davam edəcək. /azertag.az/

# 2903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #