"Avatar" filminin redaktoru vəfat etdi

"Avatar" filminin redaktoru vəfat etdi
17 may 2023
# 13:00

"Avatar" və "Avatar: Suyun yolu" filmlərində işləyən, Oskar mükafatına namizəd olan film redaktoru Con Refua 62 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı Serena Refua Con Refuaya xolangiokarsinoma adlı nadir öd xərçəngi diaqnozu qoyulduğunu təsdiqləyib.

Qeyd edək ki, Refuanın film redaktoru kimi karyerasına "Transformers: The Last Knight", "The Magnificent Seven", "Southpaw", "The Equalizer", "Olympus Has Fallen", "21 & Over" kimi filmlər daxildir.

# 771 dəfə oxunub

Müəllifin son yazıları

# # #