#

Lənkəran Teatrı yeni tamaşaya hazırlaşır

Lənkəran Teatrı yeni tamaşaya hazırlaşır
27 sentyabr 2024
# 14:57

Lənkəran Dövlət Dram Teatrında Cənubi Afrika yazıçısı Atol Fuqardın “Dimetos” əsəri tamaşaya hazırlanır.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Nərgiz Baxışzadə, bəstəkarı Azər Hacıəsgərli, rejissor asistenti Nuranə Nəcəfovadır.

“Nekro dram” janrında hazırlanılan tamaşada sevgi, ehtiras, xəyanət burulğanına baş vuran qəhrəmanların başına gələn hadisələr diqqət mərkəzinə çəkilir. Əsərin baş qəhrəmanı Dimetos öz həqiqətini nağıl müstəvisinə daşıyıb və taleyinin qurbanına çevrilib. Onun həqiqəti dəhşətli yuxu kimidir. Lakin bu yuxudan oyanmaq onun üçün gecdir... Özünün at olduğunu uyduran Dimetos insan olmaqdan qaçır.

Premyera oktyabrın əvvəllərinə planlaşdırılır.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #