92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı
3 sentyabr 2025
# 13:00

Keçmiş amerikalı aktrisa Kim Novak uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxıb.

Kulis.az xəbər verir ki, aktrisa 82-ci Venesiya Beynəlxalq Film Festivalında iştirak edib.

Novak kino nailiyyətinə görə "Qızıl Şir" mükafatını alıb. Kim Novakın həyatından bəhs edən "Vertigo" sənədli filminin premyerası da həmin gün baş tutub.

Qeyd edək ki, K.Novak sonuncu dəfə 10 il əvvəl Toronto Beynəlxalq Film Festivalında ictimaiyyət arasında görünüb.

# 236 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər