Xalq rəssamı Akif Əsgərov vəfat etdi

Xalq rəssamı Akif Əsgərov vəfat etdi
19 noyabr 2023
# 00:40

Xalq rəssamı Akif Əsgərov vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib, görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Mərhum bu gün Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

# 657 dəfə oxunub

Müəllifin son yazıları

# # #