Rəssamlarımız Braziliyada - Sərgi

Rəssamlarımız Braziliyada - Sərgi
14 mart 2025
# 09:35

Azərbaycanın gənc rəssamlarının "Art of Cultural Diplomacy-Art for Peace" adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, açılışda Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, Rio de Janeyro şəhərində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri, sənətsevərlər, yerli sakinlər iştirak ediblər. Azərbaycan rəssamlarının rəsm əsərləri böyük maraqla qarşılanıb.

Mərasimin sonunda səfirlik iştirakçı rəssamlara sertifikatlar təqdim edib. "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru, İslam Baxşəliyev sərgini ziyarət edənlərə, Azərbaycan mədəniyyətinin tarixi haqqında geniş məlumat verib.

Qeyd edək ki, sərgidə 18 rəssamın 44 əsəri nümayiş etdirilir.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #