Çəpiş və Filosof - Rahid Uluseldən QISA HEKAYƏ

Çəpiş və Filosof - <span style="color:red;">Rahid Uluseldən QISA HEKAYƏ
2 avqust 2017
# 21:00

Kulis.az Rahid Uluselin qısa hekayəsini təqdim edir.

Yaşıl yamacda atılıb düşən çəpiş çoxdan dostluq etdiyi filosofdan soruşdu:

– Sən heç yaz yoncasının dadını bilirsən?

Filosof:

– Yox. Mən metafizikanın ətrini duyur, transsedental ideyalardan ləzzət alıram.

Çəpiş küsdü. Başını aşağı salıb uzaqlaşdı:

– Yaxşı, onda mən gedim. Sən özünün çəmənliyində, mən də özümün çəmənliyimdə otlayım...

# 1295 dəfə oxunub

Müəllifin son yazıları

# # #