AYB-dən gecə klubu açıqlaması: "Əgər elə olsa..."

AYB-dən gecə klubu açıqlaması: <span style="color:red;">"Əgər elə olsa..."
15 may 2019
# 11:15

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayev danışıb. Xalq yazıçısı məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib, eyni zamanda gecə klubunda stiriptiz şouların nümayiş etdirilməsi ilə bağlı xəbərləri şərh edib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə stiriptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı. /unikal.org/

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

# # #