Uaynhausun ikonik ayaqqabıları türk kolleksionerin arxivində

Uaynhausun ikonik ayaqqabıları türk kolleksionerin arxivində
29 yanvar 2026
# 16:40

Tanınmış ingilis müğənni Emi Uaynhausa məxsus, üzərində qan izləri olan ikonik balet puantları hazırda türk kolleksioner Özgür Çiftin şəxsi arxivində saxlanılır.

Kulis.az xəbər verir ki, Los-Ancelesdə keçirilən hərracda 3 min 900 dollara satılan bu puantlara beynəlxalq kolleksionerlər tərəfindən yarım milyon funt sterlinqədək təkliflər edilib.

Əşyaların Uaynhausun 2007-ci ildə həyat yoldaşı ilə yaşadığı qalmaqallı dövrə aid olduğu və məşhur fotolarla üst-üstə düşdüyü bildirilir.

Sözügedən puantlar sənətçinin ölümündən sonra açılan məhkəmə işində də sübut kimi yer alıb.

Qeyd edək ki, kolleksioner bildirib ki, məqsədi bu nadir əşyaları satmaq yox, sərgilər vasitəsilə ictimaiyyətə təqdim etməkdir.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər