Maleviçin tablosu 9 milyon dollara satışa çıxarılacaq

Maleviçin tablosu 9 milyon dollara satışa çıxarılacaq
20 iyun 2018
# 10:17

Avanqardist rəssam Kazimir Maleviçin “Peyzaj” (1911) əsəri iyunun 20-də Londondakı Kristi auksionunda hərraca çıxarılacaq.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə mütəxəssislər bildiriblər ki, tablonun dəyəri 9-13 milyon dollar təşkil edir. “Peyzaj” Maleviç yaradıcılığının erkən dövrünün ən miqyaslı işlərindəndir.

Məhz bu əsər sayəsində rəssamın yaradıcılığı rus tənqidçilərin diqqətini çəkib.

“Peyzaj” Maleviç işlərinin qırmızı seriyasına daxildir, o, nəzərəçarpan boyaları və energetik yaxmaları ilə fərqlənir.

Qeyd edək ki, əsər ilk dəfə 1911-ci ildə “Moskva salonu”nda ictimaiyyətə təqdim olunub. Müharibədən sonra “Peyzaj”ı Bazel İncəsənət Muzeyi alıb, 50 il sonra isə tablo Maleviçin varislərinə qaytarılıb.

# 966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #