Dil və əlifba sərgisi açılıb

Dil və əlifba sərgisi açılıb
31 iyul 2017
# 15:58

İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, tədbirdə direktor müavini Ədibə İsmayılova və kitabxananın şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dili və əlifbasının tarixindən və zənginliyindən söz açıblar. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən maraqla qarşılanıb. /azertag.az/

# 1016 dəfə oxunub

Müəllifin son yazıları

# # #