Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib.
Kulis.az xəbər verir ki, konfransda “START-2023” film layihəsinin diplomları ekspert şurasının üzvləri tərəfindən qaliblərə təqdim olundu.
Bu barədə "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.
Xatırladaq ki, layihədə təqdim olunan 45 layihədən “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) qalib olmuşdu.