“Yol ayrıcında qalmış taksi” filmi nümayiş olunacaq

“Yol ayrıcında qalmış taksi” filmi nümayiş olunacaq
7 noyabr 2017
# 17:57

Noyabrın 10-da Nizami Kino Mərkəzində “Yol ayrıcında qalmış taksi” qısametrajlı bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Debüt” studiyasında çəkilən filmin quruluşçu rejissoru Murad Quliyev, ssenari müəllifi Nonna Müzəffərova, quruluşçu operatoru Elxan Rüstəmov, prodüseri Fuad Əzizov, bədii rəhbəri Eldar Quliyevdir.

Filmdə əsas rollarda Elşən Rüstəmov və Günay Əhməd çəkiliblər.

AzərTac

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

# # #