Azərbaycan, Serbiya, Özbəkistan opera ulduzları eyni səhnəni bölüşəcək

Azərbaycan, Serbiya, Özbəkistan opera ulduzları eyni səhnəni bölüşəcək
8 iyun 2019
# 14:02

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.

Bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edilib.

Səhnə əsrində Hersoq rolunu isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının solisti, Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.

Opera tamaşasında əsas partiyalardan biri olan Cilda partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva canlandıracaq.

Operada, həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artist Tural Ağasıyev, solist Nina Makarova və başqaları çıxış edəcəklər.

Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin Əyyub Quliyev idarə edəcək.

# 1852 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #