Vaqif Səmədoğlunun çəkdiyi fotoların sərgisi keçiriləcək

Vaqif Səmədoğlunun çəkdiyi fotoların sərgisi keçiriləcək
23 dekabr 2019
# 12:50

Dekabrın 25-də “Qalereya 1969”-da Xalq şairi Vaqif Səmədoğlunun çəkdiyi fotolardan ibarət sərgi açılacaq.

Kulis.azın verdiyi xəbərə görə, Vaqif Səmədoğlu Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi “Vaqif Səmədoğlunun foto dünyası” adlanır.

Sərgidə şairin müxtəlif illərdə çəkdiyi fotoşəkillər nümayiş olunacaq.

Xatırladaq ki, Vaqif Səmədoğlu həvəskar fotoqraf olub və mütəxəssislər onun lentə aldığı həyat fraqmentlərini poeziyasının bir hissəsi kimi dəyərləndirir.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yazı

# 2803 dəfə oxunub

Müəllifin son yazıları

# # #