Vüsal Məmmədzadə: “Ümidini itirmə”-Ən qısa hekayə

Vüsal Məmmədzadə: “Ümidini itirmə”-Ən qısa hekayə
18 dekabr 2013
# 21:00

Kulis.az Vüsal Məmmədzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ümidi itirmə” (470 işarə) hekayəsini təqdim edir.

Uzaqda gördüyü qaraltı onu həyəcanlandırdı. Deyəsən, arzusuna çatmışdı. Qaranlıq küçədə bir nəfər tapa bilmək ümidilə irəliləyirdi. Düşünürdü, bununla tənhalığına son qoya bilər. Var gücü ilə qaçmağa başladı. Həyəcanı bir az da artdı.

Nəhayət, küçənin qurtaracağında bir zirzəminin qapısının ağzında qaraltıya çatdı. Sevincdən gözləri yaşarmışdı. Təngnəfəs idi. Qaraltı ilə görüşüb zirzəmiyə daxil oldu. İçəri özünü asmış adamlarla dolu idi. Ürküb tez bayıra çıxdı. Gördüklərinə məəttəl qaldı: qapının ağzında təngnəfəs insan sürüsü var idi.

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

# # #