"Qardaş dediyim adam məni zorladı" - Türk müğənnidən tükürpədən açıqlama

"Qardaş dediyim adam məni zorladı" - Türk müğənnidən tükürpədən açıqlama
17 mart 2021
# 11:41

Məşhur türk müğənni Zərrin Özər qonaq olduğu proqramda illər öncə zorlandığını açıqlayıb.

Kulis.az xəbər verir ki, 63 yaşlı müğənni məşhur prodüser Ümit Güner tərəfindən təcavüzə uğradığını bildirib:

"Bir gün bu hadisə başıma gəldi, döyüldüm. 180 kq adam üstümdə idi. Qışqırdım. Mən onu ən yaxınım, qardaşım sanırdım. Həmin zamanlar başqasına aşiq idim".

Təcavüzə uğramış müğənni bu barədə kiməsə məlumat versə, ailəsində faciə olacağını düşünərək illərlə susduğunu deyib:

"Anam digər bacılarımla birlikdə Ankaraya getdi. Tülay bacım (müğənni Tülay Özer red.) burda idi. Mən də evdə tək qalırdım. Yorğanı başıma çəkib günlərlə ağladım. Düşündüm ki, Tülaya desəm, gedib onu öldürəcək. Anam da bunu eşitsə, infarkt keçirəcək. Bir sözlə, ailəmizi məhv edəcəm. Susmalı olduğuma qərar verdim. Nələr yaşadığımı bir mən biliərəm, bir Allahım.

# 3217 dəfə oxunub

Müəllifin son yazıları

# # #