Kitabı 15 milyon tirajla satılan yazıçı vəfat etdi

Kitabı 15 milyon tirajla satılan yazıçı vəfat etdi
21 sentyabr 2015
# 09:00

Britaniya yazıçısı Ceki Kollinz şənbə günü Los-Ancelesdə vəfat edib. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə, Hollivud haqqında məhəbbət romanları ilə məşhur olan 77 yaşlı yazıçı son illər döş xərçəngindən əziyyət çəkirdi.

O, 1973-cü ildə Londonda anadan olub. 15 yaşında məktəbdən çıxarılandan sonra böyük bacısı Coan ilə birlikdə Hollivuda yollanıb.

1968-ci ildə onun “Evli kişilərlə dolu dünya” adlı ilk romanı çap olunub. Kitab Avstraliya və CAR-da qadağan olunub.

Karyerası boyu Kollinz 30-a yaxın kitab yazıb.

Yazıçının “Hollivud qadınları” adlı romanı 15 milyon tirajla çap edilib.

2013-cü ildə II Yelizaveta Kollinzə Britaniya İmperiyası Ordeni təqdim edib.

# 892 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #