Muğam Mərkəzində konsert keçiriləcək

Muğam Mərkəzində konsert keçiriləcək
22 aprel 2022
# 17:40

Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “Məcaz” adlı növbəti konsert proqramı təqdim ediləcək.

Kulis.az xəbər verir ki, orkestrin budəfəki konserti 30 aprel - Beynəlxalq Caz Gününə həsr olunacaq.

Konsertdə orkestrin solistləri Mirxalid Məmmədzadə (fleyta), Elşən Məmmədov (qoboy), Məhəmmədəli Paşazadə (klarnet), Afaq Qarayeva (piano), Leyla Zeynalova (piano), Zərifə Alxasova (violin),Üzeyir Mahmudbəyli (viola) və Ərol Rzayev (violonçel) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #