Cəlil Cavanşir “P.S: Darıxıram” kitabını təqdim edəcək

Cəlil Cavanşir “P.S: Darıxıram” kitabını təqdim edəcək
4 fevral 2015
# 14:36

Fevralın 8-i saat 15 :00 da kitabevim.az kitab marketində Cəlil Cavanşirin yeni kitabı "P.S darıxıram" kitabının təqdimatı və imza günü keçiriləcək.

Bu barədə Kulis.az-a müəllifin özü məlumat verib:

“Bütün oxucularımı və yaradıcılığımı izləyən dostları təqdimata dəvət edirəm. Ümid edirəm ki, oxucularım və dostlarım məni tək qoymayacaq. Son kitabımda şeirlərim və sevdiyim, öz zövqümcə olan esselərimi toplamışam. Əslində bu kitab “Qadın corabları” romanından əvvəl hazır idi, lakin romanı şeirlər kitabından əvvəl çap etdirməyə qərar verdim. Artıq oxucuların bir qismi kitabı əldə edib və kitab haqqında xoş sözlər eşidirəm”.

# 786 dəfə oxunub

Müəllifin son yazıları

# # #