Elnur Bayram: “Düşmən zabiti”-Ən qısa hekayə

Elnur Bayram: “Düşmən zabiti”-Ən qısa hekayə
22 dekabr 2013
# 09:00

Kulis.az Elnur Bayramın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Düşmən zabiti” (354 işarə) hekayəsini təqdim edir.

Əsir düşmüş 13 yaşlı oğlan başını qaldırıb ona baxan düşmən zabitini gördü və qəribə bir təbəssümlə qışqırdı:

- Kirvə!!!!

On il bundan öncə müsəlman olsun deyə bu uşağı qucağına alıb qanını üstünə tökmüşdü. Vahabın evində duz çörək kəsmişdi. O balaca Vahidin üzünə baxdı. Vicdanı daşa dönmüşdü. Əlini kəmərinə apardı... Vahidi onu gözləyən işgəncələrdən xilas etdi. Alnındakı tər damcıları qan damcılarına qarışdı.

# 4110 dəfə oxunub

Müəllifin son yazıları

# # #