Aktyorun ölümündə təqsirli bilinən 72 yaşlı narkotacir həbs edildi

Aktyorun ölümündə təqsirli bilinən 72 yaşlı narkotacir həbs edildi
26 iyul 2023
# 13:52

72 yaşlı narkotik satıcısı "The Wire" filminin ulduzu Maykl Kennet Uilyamsın ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

ABŞ Dairə Məhkəməsi narkotik satıcısı Karlos Makçini təqsirli bilib və 2,5 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmədə günahlarını etiraf edib.

O, həbs olunmaqla yanaşı, şərti azadlığa buraxılacaq və narkoloji mərkəzdə stasionar müalicə olunacaq.

Qeyd edək ki, Uilyams 2021-ci il sentyabrında mənzilində ölü tapılıb. Onun ölümünə səbəb narkotik maddənin həddindən artıq dozada istifadə etməsi olub.

# 865 dəfə oxunub

Müəllifin son yazıları

# # #