“Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi davam edir. 

“Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi davam edir. 
2 oktyabr 2021
# 10:15

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir.


Kulis.az xəbər verir ki, bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edir.


Seriyanın ilk filmi - “Görünməyən qəhrəmanlar: 27 sentyabr” Vətən müharibəsinin başladığı günün ildönümündə - sentyabr ayının 27-də İTV-də nümayiş olunub. Filmin rejissoru və ssenari müəllifi Seyran Mahmudoğlu, prodüseri Fariz Əhmədovdur.


5 filmdən ibarət olan silsilənin digər seriyaları hər biri müxtəlif qoşun növlərinin Vətən müharibəsi dövründəki fəaliyyətini əks etdirir. Filmlərdə şahidlər və müharibə qəhrəmanları real döyüş anlarını nəql edəcəklər, eksklüziv kadrlar göstəriləcək. Noyabr ayının əvvəlindən Zəfər Gününədək hər 5 film İTV-nin efirində yayımlanacaq.

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

# # #