Kulis.az Ramiz Rövşənin məşhur “Analar aldatdı bizi” şeirini təqdim edir.
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
- “Santa-Barbara” serialının aktyoru intihar etdi
- “Xaç atası” filminin prodüseri kino sənayesini tərk edir
- Müslüm Maqomayevin yubileyi keçiriləcək
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...