İran aşıqları dövlət televiziyasına çıxacaq

 İran aşıqları dövlət televiziyasına çıxacaq
13 iyul 2017
# 16:15

Tehranda fəaliyyət göstərən “Səhər” dövlət televiziyanda aşıqlara həsr olunmuş veriliş yayımlanacaq.

Kulis.az İran Aşıqlar Birliyinə istinadən xəbər verir ki, həftədə bir saat nəzərdə tutulan verilişi birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazi aparacaq.

S.Şahbazinin bildirdiyinə görə, İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəngan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində yaşayıb fəaliyyət göstərirlər.

Xatırladaq ki, 2015-ci ildə yaradılan İran Aşıqlar Birliyi yaranmasından az vaxt keçməsinə baxmayaraq aşıq sənəti ilə bağlı bir sıra işlər görüb. Bir neçə beynəlxalq festival keçirib, ustad aşıqların yubileyini qeyd edib. Bu tədbirlər sırasında Aşıq Ələsgər və Dədə Şəmşirə həsr olunmuş festivallar xüsusi qeyd olunmalıdır.

# 1461 dəfə oxunub

Müəllifin son yazıları

# # #