Kişilər əllərimizin yetmədiyi qədərdi... YENİ ŞEİR

Kişilər əllərimizin yetmədiyi qədərdi... <span style="color:red;">YENİ ŞEİR
2 sentyabr 2014
# 13:47

Kulis.Az Fəridənin yeni şeirini təqdim edir

***

başını qaldırıb baxdığında görürsən ki, tavan

göy üzünü gizlədəcək qədər nəhəngdi

və aynanın o tayındadı

hər əllərini uzatdığında çatacağını sandıqların...

biz keçmişində dəniz olmayan qadınlarıq

amma çox sularda boğulub gəlmişik...

yollar – ayaqlarımızın getmədiyi

kişilər – əllərimizin yetmədiyi qədərdi..

o qədər tanışdı ki, bu qaranlıq dünya

deyirsən, bəs, min il əvvəl ölmüş adamlarıq

yenidən doğulub gəlmişik.

və ad, familiya

ən az qədim dünya tarixi qədər uydurma...

indi bu vağzal həyatda

nə qədər "sudba", "şasti" fısıldasa da falçı qadınlar

sənin gələcəyini ən dəqiq

qatar fitləri xəbər verir...

gəl, məni axırıncı qadın kimi qucaqla

sonra at

intihar deyil bu

sonuncu balıqtək ölüb dənizdə

birinci kürüdən yaranmaq istəyidi.

# 2862 dəfə oxunub

Müəllifin son yazıları

# # #