İtaliya modasının canlı əfsanəsi, dünyaca məşhur dizayner Valentino Qaravani 93 yaşında həyatını itirib.
Kulis.az xəbər verir ki, tanınmış modelyer Romadakı evində, ailə üzvlərinin yanında vəfat edib.
Mərhum dizaynerlə vida mərasimi yanvarın 23-də Romanın Santa-Mariya-del-Anceli-e-dei-Martiri bazilikasında keçiriləcək.
Xatırladaq ki, Valentino Qaravani Parisdə moda təhsili aldıqdan sonra Romaya qayıdaraq öz adını daşıyan “Valentino” moda evinin əsasını qoyub. O, 2007-ci ilin sentyabrında son dəfiləsini təqdim edərək peşəkar moda fəaliyyətinə son verdiyini açıqlamışdı.