Babəkin heykəlinin hazırlanması dayandırılıb.
Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib.
O, heykəlin hazırlanma prosesinin bir hissəsinin həyata keçirildiyini deyib: “Heykəlin təxminən 40 faizi demək olar ki, tökülüb, hazırdır. Lakin pandemiya və maliyyə ayrılmaması səbəbindən işlər dayanıb. Yəqin ki, yaxın vaxtlarda yenidən maliyyə vəsaiti ayrılar, heykəlin hazırlanması yekunlaşar”.
- Bu fotolar olmasaydı uşaqlar hələ də qul idi
- "The Beatles"ın imzası yüz min dollara satılacaq
- Mikayıl Müşfiq Stalinin hansı sözünü şeirdə işlətmişdi?
Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.